Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Yevlax-Ağdam magistral yolunda qeydə alınıb. Belə ki, Vaz 2107 markalı minik avtomobili qoşqulu traktorla toqquşub. Qəza nəticəsində VAZ-da olan 1992-ci il təvəllüdlü Tural Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı