Fövqəladə Hallar Nazirliyi bu gün Şirvan şəhərində baş verən yanğınla bağlı məlumat yayıb.

"Unikal"ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində ikimərtəbəli mağazanın 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan müşahidə otağının lambirindən ibarət tavanı, içərisində masa, kompüter, müşahidə kamerasının avadanlıqları və ümumi sahəsi 20 m² olan anbarın lambirindən ibarət tavanı yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 14:12

Şirvanda ticarət mərkəzində yanğın baş verib.

"Unikal" xəbər verir ki, Şirvan şəhərində yerləşən ticarət mərkəzinin xidməti otağında baş verən yanğına qısaqapanma səbəb olub.

Yanğın Şirvan YMX-nın yanğınsöndürənləri tərəfindən lokallaşdırılıb. Yanğın zamanı 80 kvadratmetr sahəni əhatə edən müşahidə kameralarının server otağı, anbarda yerləşən tütün məmulatları və mərkəzin əməkdaşlarının şəxsi əşyaları yanıb.(apa.az)