Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Atatürk 236 ünvanında yerləşən “AZZA” QSC-yə məxsus “AZZA CAKE HOUSE” qənnadı məmulatlarının satışı mağazasında yoxlama keçirib.

Agentlikdən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı mağazada qənnadı məmulatlarının üzərində etiket məlumatları olmadan satışa çıxarıldığı aşkar olunub.

Aşkarlanan pozuntularla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.