Ukrayna Silahlı Qüvvələri Krımın şimalında yerləşən Xerson vilayətində hərbi təlim keçirib.

"Unikal" xəbər verir ki, təlim hərbi hissələr arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədilə təşkil olunub.

Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Naevanın sözlərinə görə, təlim şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilib. 

Biz müxtəlif ssenarilərdə döyüşə hazırlığımızı yoxlayırıq. Bunlar döyüş tapşırıqlarının icrası zamanı lazım olacaq keyfiyyətlərdir", - deyə Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilib.

Ağarza Elçinoğlu