Bütün dünya koronavirusunun "Omikron" variantı ilə mübarizə apararkən, bəzi ölkələrdə quş qripinin yenidən ortaya çıxdığı və yayılmağa davam etdiyi bildirilir.

"Unikal" xəbər verir ki,  bu  barədə  Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı hesabat  yayıb. Bildirilir ki, quş qripi ilə bağlı hesabatlar getdikcə artır. Artıq Avropa və Asiya ölkələrində çox sayda yoluxma halı aşkarlanıb. Yoluxma hallarının artmasından sonra  ekspertlər xəbərdarlıq təbili çalıb. 

Hazırda Yaponiyada görülən qripdən sonra 67 min ev quşu məhv edilib.