2004-2014-cü illərdə Əfqanıstanın prezidenti olmuş Həmid Kərzai BBC-yə müsahibə verib.

"Unikal" xəbər verir ki, Kərzai müsahibəsində "Taliban"ı "qardaşları" olaraq xarakterizə edib. Həmçinin də,  Kərzai ölkənin yeni hökmdarları ilə məhsuldar görüşlər keçirdiyini və ölkənin üzləşdiyi problemləri müzakirə etdiyini bildirib:

""Taliban" üzvləri və bütün əfqan xalqı mənim ailəmdir. Beynəlxalq ictimaiyyəti, xüsusilə ABŞ-ı "Taliban"a dəstək verməyə çağırıram". 

"Taliban" hakimiyyəti ölkəni ələ keçirdikdən sonra Əfqanıstanı tərk etməyən keçmiş prezidenti "Taliban"ı “qardaşlarım” adlandıracağını ifadə  edib:

“Bu, bizim ölkəmizdir... gəlin birlikdə quraq; Gəlin birlikdə işləyək... Onlarla (Taliban) danışıqlarım oldu, bir çox məsələlərdə çox yaxşı keçdi. Onlar mənim qardaşlarımdır". 

Gülayə  Mecid