Bir qrup gənc mərhum dostlarını tabutdan çıxararaq motosikletə son dəfə mindiriblər.

"Unikal" xəbər verir ki, hər  kəsi  şoka salan hadisə Ekvadorda baş verib.  Belə ki, paytaxt Portoviexo şəhərində 21 yaşlı gənc naməlum şəxslər tərəfindən güllələnib. Gəncin cəsədi tibbi ekspertizadan sonra  ailəsinə təhvil verilib. 

Belə ki, oğlanın meyiti dəfn edilməyə aparılarkən qəribə olay yaşanıb. Mərhumun dostları meyiti  tabutdan çıxarıb. Daha sonra isə oğlanın cəsədini sonuncu dəfə motosikletə mindirərək,  yola düşüblər. Hadisə  anı kameralara əks olunub.  Qısa zamanda sosial  şəbəkələrdə  paylaşılan video izləmə rekordu  qırıb.

 Məlum olub ki, gənc oğlan motosiklet həvəskarı imiş.