Ermənistan Milli Məclisinin nümayəndə heyəti Xankəndinə göndəriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclis sədrinin "Ermənistan Respublikası Milli Məclisi deputatının fəaliyyətinin təminatları haqqında” sərəncamında qeyd olunub. 

Əldə olunan məlumata görə, erməni deputatlar Qarabağdakı separatçı qurumun qeyri-qanuni "deputatları" ilə birgə parlament dinləmələri keçirəcəklər. 

Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Qarabağa qeyri-qanuni səfərlərinin davam edəcəyi halda sərt addımlar atacağını bildirib. 

Ağarza Elçinoğlu