Türkiyəli məşhur  aktyor Kaan Urqancıoğlu ötən gecə məkanların birində sərxoş şəkildə görüntülənib.

"Unikal" Türkiyə KİV-ə  istinadən xəbər verir ki, alkoqol qəbul etdiyini açıqlayan aktyor müxbirlərə açıqlama verə bilməyəcəyini sərt şəkildə bildirib. Bu zaman jurnalislərin çəkilişi davam etmələrinə əsəbiləşən Kaan müxbirlərdən biri ilə mübahisə yaşayıb.

Qeyd edək ki, Kaan hazırda reytinqlərdə ilk sırada yer alan "Yargı" serialında baş rollardan birini canalandırır.