Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində yaradılan “Araz Vadisi İqtisadi Zona”sı Sənaye Parkının 200 hektarlıq ərazisinin artıq 70 hektarı minalardan təmizlənib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" hesabında qeyd edib.

Onun sözlərinə görə, bu günlərdə Sənaye Parkının sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanacaq.