Türkiyəli siyasətçi, keçmiş turizm naziri və hakim Ədalət və İnkişaf Partiyası sədri Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi 61 yaşlı Güldal Akşit vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “CNN-Türk”ə bildirib.

"Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan Güldal Akşit koronavirusa yoluxmaqla əlaqədar müalicə olunduğu xəstəxanada dünyasını dəyişib", - deyə nazir söyləyib.