Amnistiya Aktı ilə azdlığa buraxılan qadınların sayı açıqlanıb.

""Unikal"ın xəbərinə görə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, noyabrın 5-dən dekabrın 1-dək 34 qadın azadlığa buraxılıb.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.