Azərbaycan Respublikası ərazisində mülki helikopterlərlə sərnişin və yük daşımaları xidmətlərini həyata keçiririk.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq “ASG Helicopter Services” MMC şirkətindən bildirilib.

Qeyd olunub ki, şirkətin fəaliyyətinin əsas dairəsi dənizdə neftin hasilatı ilə məşğul olan iri neft şirkətlərini əhatə edir. 

"Belə xidmətlər uzunmüddətli müqavilələr əsasında həyata keçirilir. ASG HS MMC bu sahədə yüksək peşəkarlığa malikdir".

Şəxsi uçuşlar üçün müraciət edənlərə gəlincə, nadir hallarda olur ki, bu xidmətdən əsasən iş adamları istifadə edir deyə vurğulanıb:

"Eyni zamanda 2 ambulans hava gəmisi mövcuddur ki, təcili yardım sifarişləri olduqda, Azərbaycanın müxtəlif bölgələrinə uçuşlar yerinə yetirilə bilər. Bu fəaliyyət tibb müəssisələri ilə birgə həyata keçirilir".

Helikopterlərin icarə haqqına gəlincə, bildirilib ki, hava daşımalarının qiymətləri istiqamətdən, uçuş saatından, hava şəraitindən və hava gəmisinin tipindən asılı olaraq fərqlənir. Bununla əlaqədar, vahid qiymət tətbiq edilməsi mümkün deyil.

Anar Kəlbiyev