Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 189 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 24 317 nəfər COVID-19 infeksiyasına yoluxub, 23 273 nəfər isə sağalıb.