Goranboyda idarəetmədən çıxan maşın aşıb. 

"Unikal"-ın məlumatına görə, hadisə Səfikürd kəndi yaxınlığından keçən yolda baş verib.  Axşam saatlarında baş verən hadisə zamanı minik maşını aşıb.  İlkin məlumata görə, hadisə zamanı Xəlilov Anar Fazil oğlu xəsarət alıb. O, öncə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sonra isə vəziyyəti ağır olduğundan  Gəncə klinikalarından birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı