Meksikanın Mexiko ştatında sərnişin avtobus yaşayış evinə çırpılıb.

“Unikal” “TASS”a istinadən xəbər verir ki, yol qəzası nəticəsində 19 nəfər ölüb, 30-a yaxın sərnişin yaralanıb.

Hadisə yerinə 10 təcili yardım briqadası cəlb edilib. İki helikopter vəziyyəti ağır olan bir neçə yaralını hadisə yerindən xəstəxanaya təxliyə edib.

İlkin məlumata görə, faciəyə səbəb avtobusun əyləc sistemində yaranan nasazlıq olub.