"Qarabağ tamamilə Azərbaycanın olsa, o zaman Ermənistan 10 ildən artıq mövcud olmayacaq".

"Unikal" xəbər verir  ki,  bu  sözləri Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan jurnalistlərlə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Paşinyan son mətbuat konfransı zamanı Ermənistan üçün təhlükə yaradan bir sıra bəyanatlar verib və əgər həmin bəyanatlar xarici və təhlükəsizlik siyasətinin əsasını təşkil edirsə, deməli, ölkə ciddi təhlükə altındadır. 

"Bu, geosiyasi prosesdir. Ermənistan kapitulyator timsalında başqa ölkələrin maraqlarına xidmət etmək üçün istifadə olunur. Əgər Paşinyan deyirsə ki, bu vəziyyətdə biz ancaq komissiya yarada bilərik, o zaman subyekt kimi rəsmi İrəvan artıq yoxdur. Paşinyan Azərbaycan Prezidenti  İlham Əliyevlə görüşün gündəliyinin nədən ibarət olacağını demir, amma zəmin yaratmağa çalışır. Əgər sərhədimizin harada olduğunu son millimetrə kimi biliriksə, o zaman hansı danışıqlardan söhbət  gedir?”, - deyə o, vurğulayıb.

Zakaryan  həmçinin də,  bildirib ki, siyasi nöqteyi-nəzərdən Paşinyan mətbuat konfransında “cinayətkar təəssüratı" çıxışı bəxş edib. Çünki hakimiyyət onların içində olduqları bütün faciənin nəticələrindən xəbərdardır. 

Gülayə  Mecid