Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin direktoru Aleksandr Kalaşnikovu vəzifəsindən azad edib.

"Unikal" xəbər verir ki, artıq Rusiyanın daxili işlər nazirinin müavini Arkadiy Qostev sözügedən qurumun direktoru təyin edilib.

Kalaşnikovun vəzifəsindən azad edilməsinə səbəb məhkumlara işgəncə verilməsi ilə bağlı qalmaqal olub. 

Belə ki, oktyabr ayında Saratov həbsxanasının xəstəxanasında məhkumlara işgəncə verildiyini əks etdirən video yayılıb. Məsələ ilə bağlı cinayət işi başlanılıb. 400-dən çox məhkum Saratov koloniyasında onlara işgəncə verildiyini bəyan edib.

Ağarza Elçinoğlu