Avstraliyanın paytaxtı Honiarada şiddətli iğtişaşlar hələ də davam edir.

"Unikal" xəbər verir ki, 2 gündür səngimək bilməyən iğtişaşların qarşısının alınması üçün Avstraliya Solomon adalarına 70-dən çox təhlükəsizlik işçisi göndərəcək. 

Təhlükəsizlik qüvvələrinin bu gün adaya yerləşdiriləcəyi planlaşdırılıb. 

Qeyd edək ki, hökumət əleyhinə etirazlar alovlandığı üçün  Solomon adalarında komendant saatı tətbiq edilib. Etirazçı kütlə Baş nazirin istefasını tələb edir. 

Ağarza Elçinoğlu