"Xaricdə yerləşən Belarus müxalifəti Belarusda sabitliyi pozmaq üçün yeni plan hazırlayıb". 

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko yeni konstitusiya layihəsinə həsr olunmuş iclasda deyib.

"Onlar artıq plan hazırlayıblar. Müxalifətin planı "konstitusiyanı pozmağa" və "Belarus xalqını yenidən küçələrə çıxarmağa" hazırlamaqdır", - deyə Lukaşenko bildirib. 

O, həmçinin qeyd edib ki, yeni konstitusiya layihəsini hazırlayaraq artıq prezident administrasiyasına göndərib. 

Ağarza Elçinoğlu