İranda bəzi rəsmi saytlar kiberhücuma məruz qalıb. 

"Unikal" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb. Bildirilir ki, ölkədəki bəzi rəsmi qurumlara qarşı kiberhücumda hakerlər öz internet saytlarında İran lideri Əli Xamneyi və Xalq Mücahidləri Təşkilatının lideri Meryem Rəcəviyə istinad edərək “Xamneyiyə ölüm – Rəcəviyə salam” qeydi qoyublar.

Hücumdan təsirlənən internet saytlarının tez bir zamanda bağlanılıb. 

Bildirilib ki, sözügedən kiberhücumda Ədliyyə Nazirliyi, Məscid İşləri Mərkəzi və İslam Elmləri Kompüter Araşdırmaları Mərkəzi də daxil olmaqla qurumlar hədəf alınıb.

Gülayə Mecid