Rusiyada son sutka ərzində daha 33 796 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 9 468 189 nəfərə çatıb.

Ötən gün Rusiyada koronavirusdan 1238 nəfər ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 269 057 nəfərə çatıb. İndiyədək 8 164 826 xəstə sağalıb.