Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın taleyi ilə bağlı artıq qərarını verib.

"Unikal" xəbər verir ki, Ermənistan ordusunun hazırkı Baş Qərargah rəisini yaxın vaxtlarda vəzifəsindən kənarlaşdıracaq.

Bildirilib ki, noyabrın 15-də müdafiə naziri Arşak Karapetyan istefaya göndərdikdən sonra Artak Davtyanın da işdən uzaqlaşdırılması ciddi müzakirə edilib. 

Onu da deyək ki, Ermənistanın hərbi dairələrinin verdiyi məlumata görə, Davtyanın hazırkı vəzifəsindən uzaqlaşdırılmasının səbəblərindən biri yararsız aviasiya silahlarının alınması ilə bağlı olub. Bu iş çərçivəsində keçmiş müdafiə naziri David Tonoyan həbs edilib. Eyni zamanda, Baş Qərargah rəisinin istefasında rol oynaya biləcək yeganə amil bu deyil. Onun işindən ümumilikdə qoşunlar arasında ciddi narazılıq var.

Qeyd edək ki, hakimiyyət Davtyanın yerinə onun indiki birinci müavini Kamo Koçuntsu təyin etmək istəyir. Nəzərə çatdıraq ki, ordu yeni namizəddən heç də razı deyil.

Ağarza Elçinoğlu