Çempionlar Liqasının qrup mərhələsində V tur davam edir. 

"Unikal" xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

C qrupunda Türkiyə “Beşiktaş”ı pley-offa vəsiqəni ötən turda rəsmiləşdirmiş Niderland “Ayaks”ını qəbul edib. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

D qrupunda İtaliya “İnter”i evdə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn meydan sahibləri hələlik liderliyə yüksəlib. Qrupun digər matçında İspaniya “Real Madrid”i Moldovada “Şerif”i üstələyərsə, həm özü, həm də Milan təmsilçisi 1/8 finala vəsiqə qazanacaq. Tiraspolda mümkün heç-heçə də “İnter”i pley-offa çıxaracaq. “Şaxtyor” isə bu məğlubiyyətdən sonra avrokuboklarla vidalaşıb.