"Paşinyanın son günlərdə aqressiv, cəsarətli danışması onun mövqelərinin möhkəmləndiyindən yox, daha çox narahatlığından irəli gəlir. Adama deyərlər, sən Şərqi Zəngəzur ifadəsini birinci dəfədir eşidirsən?".

"Unikal" xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı "Reaksiya TV"-nin efirində çıxışı zamanı deyib. Partiya sədri Prezident İlham Əliyevin bir neçə ay öncə Şərqi və Qərbi Zəngəzurla bağlı sərəncam imzaladığını xatırladıb:

"Mən düşünürəm ki, bu xətt düzgün xətdir. Biz qətiyyən Zəngəzur məsələsindən yayınmamalıyıq. Əksinə, mən o düşüncədəyəm ki, Azərbaycanın bütün ərazilərinin suverenliyinin bərpa olunması, erməni terrorçularının Azərbaycan ərazisindən çıxarılması məsələləri hamısı Zəngəzur dəhlizindən keçir. Yəni, Zəngəzur məsələsi tək Azərbaycanın daxili məsələsi deyil. Bu, qlobal məsələdir. Burada dünya gücləri, Türkiyə, Çin, Rusiya və Böyük Britaniya var. Bu, Paşinyanın başı üçün olan sözlər, əməllər deyil ki, həmin dəhlizin qarşısını alsın. Paşinyan sadəcə bu məsələləri gözdən salmağa və məsələləri daha çox Qarabağa yönləndirməyə çalışır".

Murad İbrahimli