Bu gün – noyabrın 24-də saat 07 30 radələrində Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat  Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb. 

DİN Mətbuat Xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır.

Murad İbrahimli

***

08:51

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

"Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb. Qəza zamanı bir nəfər xəsarət alıb, bir nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Yaralan şəxs Emin Əliyev, həlak olan isə Renat Əliyevdir. Qeyd edək ki avtomobil Mühafizə polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib. Faktla bağlı araşdırmalara başlanılıb.