Türkiyə millisi, "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" komandalarının sabiq baş məşqçisi, hazırda "Altay" klubuna başçılıq edən Mustafa Denizlinin adı İzmirdə yeni açılacaq Alsancaq stadionuna veriləcək.

"Unikal"  türk mətbuatına istimadən xəbər verir ki, arenanın açılış mərasimi noyabrın 26-da keçiriləcək. Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

"Altay" və "Altınordu" klublarının oyunlarına ev sahibliyi edəcək stadion 15 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, Mustafa Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.