İspaniya La Liqasının XIV turu davam edir.

"Unikal" xəbər verir ki, turnir cədvəlinin lideri “Real Madrid” “Qranada” səfərinə yollanıb.

Oyun “kral klubu”nun 4:1 hesablı darmadağını ilə yekunlaşıb.

Bu qələbə ilə xalarının sayını 30-a yüksəldən “Real Madrid” liderliyini davam etdirib. 11 xalı olan “Qranada” isə autsayderlərə bir az da yaxınlaşıb.