Bu günə qədər aparılan araşdırmalar nəticəsində məlum olub ki, koronavirus zamanı tətbiq olunan karantin insanlara həm psixoloji, həm də fiziki təsir göstərir. Lakin  İngiltərədə Reading Universitetinin tədqiqatçıları bunun əksini iddia edirlər.

Unikal.org xəbər verir  ki, karantinlər və evdə qalma prosesi koronavirus pandemiyası zamanı milyonlarla insanı daimi təcriddə saxlayıb. Bu vəziyyətin fiziki və ruhi aşınmaya səbəb olduğu bildirilib.

Tədqiqatçılar təkliyin əslində hər yaşda olan insanların rifahını yaxşılaşdırdığını irəli sürürlər.

2000 yeniyetmə və böyüklər üzərində aparılan araşdırma pandemiyanın ilk aylarında evdə qalmağın faydaları olduğunu ortaya qoyulub. Respondentlər COVID-19 zamanı tək qalmağın həm müsbət, həm də mənfi tərəflərini qeyd ediblər.  

 - Özünüzə vaxt ayırmağın faydalarını hiss edin

Lakin tədqiqatçılar müəyyən ediblər ki, iştirakçıların bacarıqlarında müsbət artımlar müşahidə olunur və özlərini daha avtonom hiss edirlər.

Bütün respondentlərin 43 faizi hesab edir ki, evdə qalmaq onlara bacarıqların inkişaf etdirilməsi üzrə fəaliyyətlərə daha çox vaxt sərf etməyə imkan verir və səriştələrini artırır.

Aparıcı müəllif, psixologiya kafedrasının dosenti Dr. Netta Weinstein, "Araşdırma göstərir ki, tənhalıq dövrünün hər yaşda faydalı olduğu qəbul edilir. Araşdırmamızda yalnızlığın komponentlərinin necə müsbət ola biləcəyini görürük",- deyə açıqlaama verib.