“Azərbaycanlı qardaşlarımız 30 ilə yaxın işğal altında olan torpaqlarını geri qaytardı”

Unikal.org  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 oktyabr Türkiyə Cümhuriyyətinin yaranması günü münasibətilə ölkə əhalisinə videomüraciətində deyib:

"Terrorla mübarizədən ictimai təhlükəsizliyə, sərmayələrdən tutmuş sərhədlərimizdən kənarda həyata keçirdiyimiz əməliyyatlara qədər hər hansı mövzuda zəifliyin olmasına imkan vermədik. Bu dövrdədə üsyançılarla qarşı-qarşıya qalan liviyalı qardaşlarımızla, Qarabağdakı işğala qarşı mübarizə aparan Azərbaycan türklərinə verdiyimiz güclü dəstək hər iki ölkənin taleyini dəyişdirdi”, - Ərdoğan qeyd edib.