"Dəfələrlə qeyd etmişik ki, biz Türkiyə ilə münasibətlərə başlamağa, münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazırıq".

Unikal.org xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan hökuməti Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə qeyd edib.

"Biz Rusiyadakı həmkarlarımızla bu prosesin necə irəliləyəcəyini müzakirə edirik. Bu proseslərə başlasaq, daha məhsuldar olar. Çünki həm biz, həm də Türkiyə tərəfi müsbət siqnalların olduğunu qeyd etmişik", - deyə A.Qriqoryan əlavə edib. 

Ağarza ELçinOğlu