Bu gün Azərbaycan Turizm və Menecment Universitetində ATMU və Türkiyə Respublikasının Yunus Emre İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Unikal.org xəbər verir ki, imzalanma mərasimində Yunus Emre İnstitutunun Bakı təmsilçiliyinin rəhbəri Səlçuk Karakılıç və ATMU-nun rektoru cənab İlham Mədətov iştirak ediblər.

İmzalanan əməkdaşlıq müqaviləsində Azərbaycan Turizm və Menecment Universitetində türk dilinin tələbələr üçün tədrisinin təşkili, eləcə də Türkiyə Respublikasında fəaliyyət göstərən turizm və təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi əsas məqsəd olaraq müəyyənləşdirilib. Bununla yanaşı olaraq Türkiyə Respublikasında fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələri ilə bağlanması nəzərdə tutulan ikili diplom proqramının icrasında Yunus Emre İnstitutunun dəstəyindən yararlanmaq məqsədi əsas prioritetlərdən biri sayılır.