Misir prezidenti Əbdülfəttah əs-Sisi öz "Facebook" səhifəsində fövqəladə vəziyyətin ləğvi ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, o, ölkədə 4 ildən artıqdır davam edən fövqəladə vəziyyət rejimini ləğv etmək qərarına gəlib.

"İllər ərzində ilk dəfədir ki, bütün ölkədə fövqəladə vəziyyəti ləğv etmək qərarına gəldim. Uzun müddətdir mübarizə apardığımız bu anı birlikdə yaşadığım üçün xoşbəxtəm. Sadiq xalqı sayəsində Misir indi regionda təhlükəsizlik və sabitlik vahəsinə çevriləcək”,- deyə  ölkə rəhbəri  bildirib. 

İyulun 12-də ölkədə fövqəladə vəziyyət rejimi 17-ci dəfə 3 ay müddətinə uzadılıb. İyulun 24-dən qüvvədə olan fövqəladə vəziyyətin bu gün yenidən uzadılacağı gözlənilirdi.

Qeyd edək ki, 2017-ci ilin aprel ayında Misirin İsgəndəriyyə və Tanta şəhərlərində həyata keçirilən və terror təşkilatı İŞİD-ın üzərinə götürdüyü bombalı hücumlarda 45 nəfər həyatını itirib, 125 nəfər yaralanıb.

Hücumlardan sonra prezident Sisi ölkədə fövqəladə vəziyyət elan edildiyini açıqlamışdı.