Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

Unikal.org xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında lider "Qarabağ" "Səbail"in qonağı olub. Dörd qolun qeydə alındığı bu oyun meydan sahiblərinin inamlı və gözlənilməz qələbəsiylə yekunlaşıb.

Turun əvvəlki oyunlarında "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabıyla qalib gəlib. "Qəbələ" də səfərdə "Keşlə"ni 3:2 hesabıyla üstələyib.

Bu matçda "Qarabağ"ın uğurlu oyunlar seriyasına da son qoyulub. Belə ki, Ağdam klubunun 16 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.