Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayış binasında partlayış baş verib.

Unikal.org xəbər verir ki, yaşayış binasının iki mərtəbəsində bir neçə mənzil dağılıb.

Partlayış Yeni Şəhərdə, 48/21 ünvanında yerləşən panel beşmərtəbəli binada baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilib.

İlkin məlumatlara görə, 4 nəfər yaralanıb, 32 nəfər təxliyə edilib, dağıntılar altında bir neçə nəfər qalıb.

Partlayşın qaz sızmasından baş verdiyi bildirilib.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadaları işləyir.