Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya itkin düşüb.

Unikal.org xəbər verir ki, aktrisadan oktyabrın 21-dən xəbər yoxdur. Svetliçnayanın oğlu Aleksey artıq polisə müraciət edib.

O, anasının harada olmasını belə ehtimal etmir. Aleksey bircə onu xatırladıb ki, 81 yaşlı Svetlana Afanasyevna demensiyadan əziyyət çəkir və çox güman, sadəcə ev ünvanını unudub.