Muğlanın Fethiye rayonunda keçirilən Hava Oyunları Festivalı tədbirləri çərçivəsində Babadağdan paraşütlə uçan 3 türk pilotu havada toqquşaraq dənizə düşüb. 

Unikal.org xəbər verir ki, xəstəxanaya aparılan pilotlardan birinin vəziyyətinin ağır olduğu bildirilib. 

Qeyd olunub ki, 1500 metrdən uçuş həyata keçirən Çağdaş Türkmen, İbrahim Qars və Murat Can Sak havada toqquşub. Toqquşmadan sonra yamac pilotların hər 3-ü dənizə düşüb.
Həmin an çimərlikdə hazır vəziyyətdə olan Sahil Mühafizə Komandanlığının heyəti pilotları dənizdən çıxararaq həkim qruplarına təhvil verib.

Ağarza Elçinoğlu