Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi "Neftçi" və "Zirə" komandaları arasında Azərbaycan Premyer Liqasının VIII tur oyunundan əvvəl anılıb.

Unikal.org xəbər verir  ki, flaqmanın təşəbbüsü ilə matçın başlamasına 15 dəqiqə qalmış "Bakcell Arena"nın tablolarında Əşrəfoğlunun həyat yolundan bəhs edən sujet nümayiş olunub.

Qarşılaşma isə saat 18:15-də 1 dəqiqəlik sükutla start görtürüb.