Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov bu gün ll Fəxri Xiyabanda dəfn olunub.

Unikal.org xəbər verir ki, dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, mərhumun ailəsi, sənət yoldaşları iştirak edib.

Qeyd edək ki, Xalq artisti dünən axşam saatlarında vəfat edib.

xxx

13:33

Canəli Əkbərovla vida mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.

Vida mərasimində Xalq artistinin yaxınları, mədəniyyət nümayəndələri iştirak ediblər.

Onlar mərhumu alqış sədaları altında son mənzilə yola salıblar.

Qeyd edək ki, C.Əkbərov dünən axşam saatlarında vəfat edib.