Gürcüstanda son sutkada daha 4 467 nəfərə koronavirusa yoluxub, 42 nəfər isə vəfat edib.

Unikal.org Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 688 804-ə, ölənlərin sayı isə 9 699-a yüksəlib.

Ötən 24 saat ərzində 1 790, ümumilikdə isə 626 478 nəfər müalicə olunaraq sağalıb.