"Çoxları deyir ki, o vaxtlar elə obraza çəkilmisiniz, risk etmisiz. Məndən əvvəl Xuraman Qasımova "Liftçi qız"da dənizdə çəkilmişdi".

Unikal.org xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi "Bazar düzü" proqramında deyib. Müğənni bir vaxtlar çəkildiyi "Baladadaşın ilk məhəbbəti" filmindən danışıb. O, həmin vaxt çimərlik geyimində kamera qarşısına keçməsinin yaxşı qarşılanmadığını bildirib:

"O vaxtlar Sumqayıtda yaşayırdıq, dənizə tez-tez gedirdim. Ona görə də filmə çəkiləndə ağlıma gəlmirdi, yeniyetmə yaşımda idim. Sonradan hamı başladı dedi ki, çimərlik geyimində filmə çəkildin. Anam da məni görəndə o ki, var danladı. Uşaq olmuşam... O filmdən sonra dənizə getmədim".