ABŞ-ın Florida ştatının Doral şəhərində polis bölməsi yaxınlığında atışma olub.

Unikal.org xəbər verir ki, atışma nəticəsində 2 polis zabiti xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Yerli polis sözçüsü Ray Valdez bildirib ki, polislərə atəş açan şəxs sonradan öldürülüb.

Polis hadisə ilə bağlı araşdırma aparır.