Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında komandamız ilk medalını qazanıb.

Unikal.org xəbər verir ki, təmsilçimiz Tural Səfquliyev (100 kq) yarışda bürünc medal əldə edib.

Qeyd edək ki, komandamız turnirdə 15 cüdoçu ilə təmsil olunur.

Oktyabrın 24-dək davam edəcək dünya çempionatında 43 ölkədən 350-dən çox idmançı iştirak edir.