Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Ağdam rayonun Bənövşələr kəndində qeydə alınıb. Belə ki, Tağıyev Vüsal Telman oğlu öz kəndlisi olan Əliyev Müşfiq Ələmdar oğlunu qarın boşluğundan bıçaqlayıb.

Hadisənin səbəbi məlum deyil.

M.Əliyev Ağdam Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.