Türkiyənin tanınmış aktyoru Kemal Kuruçay 59 yaşında dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə aktyor Nedim Saban sosial şəbəkədə məlumat yayıb.

Aktyor çəkiliş meydançasında infarkt keçirib.

Kemal Kuruçay 10 iyun 1962-ci ildə Ankarada anadan olub. Ankara Müjdat Gezen mədəniyyət mərkəzinin müəllimlərindən və qurucularından olan Kuruçay 1989-cu ildən teatr aktyoru kimi faəliyyətə başlayıb.

Kuruçay “Yasemince”, “Çocuklar Duymasın” ve “Seksenler” seriallarında oynayıb.