Xəbər verdiyimiz kimi, Xalq artisti Canəli Əkbərov dünyasını dəyişib.
Unikal.org-un məlumatına görə, xanəndə bu gün saat 2-də İkinci Fəxri Xiyabanda dəfn olunacaq. Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verib.
Sənətkarla vida mərasimi keçirilməyəcək.

Gülayə Mecid

xxx

21:51

Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib.

Qeyd edək ki, xanəndə iki gün əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi.

Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.