Bakıda idman zalında məşq edən idmançının ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Unikal.org-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, 1991-ci il təvəllüdlü Teymur Məmmədrzayevin Səbail rayonu ərazisində yerləşən idman zalında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

xxx

18:08

Bakıda fitnes məşqçisi vəfat edib.

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.

İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.

Onun ölüm səbəbi hələlik məlum deyil.