IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Ağdaş rayonunun meşə fondu torpağının 2 hektar ərazisində Nazirliyin rəsmilərinin, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə 2500 ədəd meşəcinsli ağac əkilib və palıd toxumu səpilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, payız ağac əkini ilə əlaqədar ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilir, toxumlar səpilir.