Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, yoxlamalar zamanı “Tural” şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, “Ay işığı” şadlıq sarayında isə müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Elman Yusubov və Niyazi Abdurəhmanov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.