"PUA-ları artıq sifariş etmişik və PUA-ları istifadə edəcək şəxslər Türkiyədə təlim keçiblər. Yaxın günlərdə TB2 Bayraktar PUA-ları ölkəmizə gətiriləcək."

Unikal.org xəbər verir ki, bunu Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri general Kamçıberk Taşıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni PUA-ların alınması üçün artıq Türkiyəyə sifariş verilib.